Gürcüstanda yağışlı və qeyri-sabit hava gözlənilir

2 may axşamından 3 may axşamına qədər Gürcüstan ərazisində, həmçinin 4 maydan 5 may səhərinə qədər ölkənin şərq hissəsində yağış, bəzi yerlərdə leysan, ildırım, dolu və küləyin güclənməsi gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasında qeyd olunur ki, gözlənilən yağıntılar çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, kiçik çaylarda daşqınlara, həmçinin təpəlik və dağlıq ərazilərdə torpaq sürüşməsi və sel hadisələrinin baş verməsinə və ya aktivləşməsinə səbəb ola bilər (orta təhlükə səviyyəsi).
mənbə: interpress