Gürcüstanda uğurlu idmançılara pul mükafatı veriləcək

Oct 31, 2025 - 15:24
 0  7
Gürcüstanda uğurlu idmançılara  pul mükafatı veriləcək

Müxtəlif idman növlərində əldə olunan nailiyyətlərə görə idmançıları 40 000-dən 600 000 lariyə qədər pul mükafatları ilə təltif edəcək. Müvafiq qərarı baş nazir İrakli Kobaxidze imzalayıb.

Hökumətin qərarına əsasən, yunan-Roma güləşi üzrə Gürcüstan milli komandasının üzvü Vax­tanq Lolua 2025-ci il dünya çempionatında birinci yerə görə 85 000 lari, əlavə mükafat kimi isə daha 65 000 lari alacaq.


Eyni qərara əsasən, 2025-ci il Dünya Oyunlarında güc üçnövçülüyü yarışında birinci yeri tutduğuna görə, milli komandanın üzvü Temur Samxaradze 40 000 lari məbləğində pul mükafatı ilə təltif olunacaq.

2025-ci ildə keçirilən Avropa çempionatında paracüdo üzrə komanda birinciliyində qalib gələn Gürcüstan milli komandasının üzvləri 102 000 lari məbləğində əsas mükafat, həmçinin 98 000 lari əlavə pul mükafatı alacaqlar.

Basketbol üzrə Gürcüstan milli komandası, məşqçilər heyəti, həkim və inzibati personal 2025-ci il Avropa Çempionatının final mərhələsində uğurlu çıxışa görə 595 000 lari əsas və 2 405 000 lari əlavə mükafatla təltif ediləcəklər.

Futzal üzrə Gürcüstan milli komandası isə 2026-cı il Avropa Çempionatının final mərhələsinə vəsiqə qazandığına görə 500 000 lari məbləğində pul mükafatı alacaq.

mənbə: marneulifm