Aİ-nin Gürcüstanla bağlı genişlənmə hesabatı noyabrın 4-də dərc olunacaq

Oct 31, 2025 - 15:29
 0  9
Aİ-nin Gürcüstanla bağlı genişlənmə hesabatı noyabrın 4-də dərc olunacaq

Genişlənmə üzrə Avropa komissarı Marta Kos 2025-ci il üçün genişlənmə paketini Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvlərinə təqdim edəcək.

Bu barədə Avropa Parlamenti məlumat yayıb.

Bildirildiyinə görə, namizəd və potensial namizəd ölkələrin Avropa İttifaqına (Aİ) üzvlük yolunda əldə etdikləri irəliləyişlərə diqqət yetirilməklə bu məsələ ilə bağlı müzakirələr də aparılacaq.

Komissiyanın sözügedən dövlətlərdə Aİ ilə bağlı islahatları qiymətləndirməsindən sonra komitənin məruzəçiləri hər bir ölkə üzrə parlamentin gəldiyi nəticə və tövsiyələri əks etdirən qətnamə layihələri hazırlayacaqlar.

Qeyd edək ki, Aİ-nin Gürcüstanla bağlı genişlənmə hesabatı noyabrın 4-də dərc olunacaq.

mənbə: azertag