Gürcüstanda şirkətlərin qeydiyyatı dayandırıla bilər
Gürcüstanın Ədliyyə Nazirliyi sahibkarlara xüsusi kampaniya çərçivəsində qeydiyyat məlumatlarını güzəştli şərtlərlə yeniləmək imkanı yaradıb.
Xeber.ge xeber verir ki,
Bu dəyişiklik "Sahibkarlar haqqında" qanuna edilən düzəlişlərlə bağlıdır. Qanuna əsasən, 2022-ci ilə qədər qeydiyyatdan keçmiş bütün şirkətlər öz nizamnamələrini və reyestr məlumatlarını yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar.
Bu proses on minlərlə hüquqi şəxsi əhatə edir.
Əgər sahibkar aprelin 1-dək qeydiyyat məlumatlarını qanunla müəyyən edilmiş qaydada yeniləməsə, həmin kommersiya cəmiyyətinin qeydiyyatı dayandırılacaq. Nəticədə, Milli İctimai Reyestr Agentliyi tərəfindən həmin şirkət barədə çıxarışın (amonaçeri) verilməsi dayandırılacaq ki, bu da şirkətin fəaliyyətini faktiki olaraq iflic edəcək.
Qeydiyyat məlumatlarının yarı qiymətinə yenilənməsi üçün son müraciət tarixi 20 mart müəyyən edilib. Bu tarixdən sonra müraciət edənlər tam xidmət haqqı ödəməli olacaqlar.