Xviça Kvaratsxeliya yeni klubuna qovuşdu
 
                                Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubundan Fransanın "Paris Sen-Jermen" klubuna keçib.
Bu barədə jurnalist Fabrizio Romano özünün "X" səhifəsində yazır.
Müqavilə beş il müddətinə olacaq. Transfer məbləği təxminən 70 milyon avrodur.
Qeyd edək ki, 23 yaşlı Kvaratsxeliya 2022-ci ildən "Napoli"də çıxış edir.
oxu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            