Gürcüstanda Rusiya kapitalı ilə qeydiyyata alınan bizneslərin sayı sentyabrda 75% artıb
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına istinadən "BusinessPressNews" tərəfindən yayılan xəbərə görə, ölkədə rusiya kapitalının iştirakı ilə qeydiyyata alınan biznes subyektlərinin sayında kəskin artım müşahid olunub.
XEBER.GE xeber verir ki, 2026-cı ilin sentyabr ayında Gürcüstanda Rusiya kapitalının iştirakı ilə 1 333 biznes subyekti qeydiyyata alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə (760 subyekt) müqayisədə 75% artıb.
2026-cı ilin ilk 9 ayında Rusiya kapitalı ilə qeydiyyata alınan subyektlərin sayı 7 025 təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövründən (5 580 subyekt) 26% çoxdur.
2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstanda xarici kapitalın iştirakı ilə ümumilikdə 17 051 biznes subyekti qeydiyyata alınıb. Bu göstərici keçən ilin eyni dövrü (14 881 subyekt) ilə müqayisədə 15% (2 170 vahid) artım göstərib.