Gürcüstanda pensiya verilməsi prosesi sadələşdirilir

Sep 23, 2025 - 12:43
 0  55
Gürcüstanda pensiya verilməsi prosesi sadələşdirilir

Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri tərəfindən verilmiş yeni göstərişlə pensiya ödənişlərinin proseduru sadələşdirilib. Yeniliyə əsasən, pensiya alan şəxsin bəzi identifikasiya məlumatlarında uyğunsuzluq olduqda, pensiya ödənişləri artıq dayandırılmayacaq.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Əvvəlki praktika üzrə, şəxsiyyət vəsiqəsi ilə Dövlət Xidmətləri İnkişafı Agentliyinin bazası arasında hər hansı uyğunsuzluq aşkarlandıqda, pensiyanın verilməsi yalnız yeni sənəd təqdim edilənədək dayandırılacaq.

Nazirliyin açıqlamasına görə, dəyişiklikdən sonra pensiyanın dayandırılması yalnız şəxsi nömrə, doğum ili və ayı uyğun gəlmədikdə baş verəcək. Digər hallarda isə Sosial Xidmətlər Agentliyi Dövlət Xidmətləri İnkişafı Agentliyinin məlumatlarına əsaslanacaq və pensiyaçılar pensiyalarını gecikməsiz və əlavə bürokratiya olmadan alacaqlar.

Bu qərarın nəticəsində hər ay təxminən 1000 pensiyaçı əlavə prosedurlara ehtiyac duymadan pensiya almağa davam edəcək. Onların artıq agentliyin xidmət mərkəzinə və ya “Liberty Bank”a müraciət etməsinə ehtiyac qalmayacaq.

mənbə: interpress