Gürcüstanda orta əməkhaqqı nə qədərdir? – yeni məlumatlar
Dec 17, 2025 - 10:33
0 21
Orta nominal əməkhaqqının ən yüksək səviyyəsi Tbilisidə qeydə alınıb – 2 603,1 lari.
Gürcüstanda muzdlu işçilərin orta nominal aylıq əməkhaqqı 2025-ci ilin üçüncü rübündə 2 271,6 lari təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur. Bu barədə Milli Statistika Xidmətinin – “Sakstat”ın məlumatında deyilir.
Biznes sektorunda 2025-ci ilin iyul–sentyabr aylarında orta nominal əməkhaqqı 2 420,9 lari olub ki, bu da 2024-cü ilin analoji göstəricisindən 10,5% yüksəkdir.
“Sakstat”ın məlumatına görə, qeyri-kommersiya və maliyyə sektorunda orta nominal əməkhaqqı 10,3% artaraq 2 000,9 lari təşkil edib.