Gürcüstanda müxalifət oktyabrın 27-dən etiraz aksiyalarına başladığını elan edib
Gürcüstanda müxalifət koalisiyası olan “Dəyişiklik üçün Koalisiya” parlament seçkilərinin nəticələrini tanımır və oktyabrın 27-də etiraz aksiyalarına başlayır.
Bunu partiya liderlərindən biri olan Elene Xoştariya deyib.
“Bu seçkilər oğurlanıb, biz bunu qəbul etməyəcəyik və biz fasiləsiz etiraz aksiyalarına keçirik. Etiraz sabahdan (oktyabrın 27-dən) küçələrdə olacaq", - deyə Xoştariya şənbə günü keçirdiyi brifinqdə bildirib.
mənbə: apa