MSK nəticələri açıqladı
MSK-nın ilkin nəticələrinə görə, parlament seçkilərində “Gürcü Arzusu Demokratik Gürcüstan” 54,273% (1 milyon 114 min 936 səs) ilə liderdir.
MSK-nın məlumatına görə, hazırda 3085 məntəqə hesablanıb ki, bu da məntəqələrin sayının 99,164 faizini təşkil edir.
İkinci yerdə 10,806% (221 992 səs) toplayan "Dəyişiklik Koalisiyası - Qvaramiya, Melia, Qirçi, Droa" gəlir.
"Birlik - Milli Hərəkat" - 10,094% (207,353);
"Güclü Gürcüstan - Lelo, Xalq üçün, Azadlıq üçün" - 8,752% (179 795 səs); “Gürcüstan üçün Qaxariya” partiyası – 7,75% (159 204).
Seçkilər zamanı ümumilikdə 3111 seçki məntəqəsi açılıb.
mənbə: interpress