Gürcüstanda məktəbli formalarının satışı başlayır
Məktəbli formaları artıq Gürcüstandadır.
XEBER.GE xəbər verir ki, məlumata görə, ilk mərhələdə gətirilən formaların sayı ölkə üzrə bütün birinci sinif şagirdlərini məktəbli forması ilə təmin etməyə tam kifayət edir.
“Hazırda formaların anbarlarda yerləşdirilməsi prosesi gedir. Yaxın günlərdə onların böyük şəhərlərə və regionlara çatdırılmasına başlanılacaq.
Yaxın zamanda ictimaiyyətə müxtəlif şəhər və regionlarda məktəbli formalarının satışı üçün məntəqələrin harada açılacağı barədə məlumat veriləcək.
Birinci sinif şagirdləri üçün məktəbli formalarının satışı ölkə üzrə 1 sentyabrdan 14 sentyabradək həyata keçiriləcək.
II-VI sinif şagirdləri üçün məktəbli formalarının təhvil verilməsi isə Gürcüstanda iki mərhələdə – 15 oktyabr və 30 noyabr tarixlərində həyata keçiriləcək”, – deyə məlumatda bildirilir.