Gürcüstanda buğdanın qiyməti artır

Jul 9, 2025 - 14:47
Jul 9, 2025 - 14:49
 0  27
Gürcüstanda buğdanın  qiyməti artır

Gürcüstanda buğda biçini aktiv fazaya keçib və 2024-cü il üçün proqnozlaşdırılan ümumi məhsul həcmi 200 000 ton təşkil edəcək.

Bu barədə Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silagava mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu rəqəm ötən illə müqayisədə bir qədər çoxdur və həm ərzaqlıq, həm də qeyri-ərzaqlıq buğdanı əhatə edir. Lakin Silagava bildirib ki, havaların yağışlı keçməsi səbəbindən biçin işləri planlı tempdə aparılmayıb və gecikmələr yaşanıb. Bu səbəbdən bir hissə buğdanın keyfiyyəti də pisləşib və ərzaqlıq kateqoriyadan çıxaraq qeyri-ərzaqlıq kateqoriyaya keçib.

“Reallıq budur ki, proqnozlaşdırılan ümumi məhsul həcmi 200 000 tondur ki, bu da ötən illə müqayisədə bir qədər yüksəkdir. Amma hava şəraiti məhsul yığımını çətinləşdirdi, yağışlar plana mane oldu və buğdanın keyfiyyət göstəricilərində də problemlər yarandı”, – deyə Silagava bildirib.

Qiymətlərə gəldikdə isə Assosiasiyanın rəhbəri qeyd edib ki, ötən il ərzaqlıq buğdanın 1 kiloqramının start qiyməti təxminən 60 tetri (Gürcüstanın qəpik vahidi) idisə, hazırda un kombinatlarına təhvil verilən buğdanın qiyməti 65–70 tetri arasında dəyişir.

“Hazırda maksimum qiymət 70 tetri, aşağı hədd isə 65 tetragen təşkil edir”, – deyə Levan Silagava mətbuat klubunda qeyd edib.

mənbə: interpress