Gürcüstanda bir nəfəri bıçaqlayan Ermənistan vətəndaşı saxlanılıb

Jan 29, 2026 - 12:25
 0  50
Gürcüstanda bir nəfəri bıçaqlayan Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Ermənistan vətəndaşı saxlanılıb.

Xeber.ge xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. İstintaqla müəyyən edilib ki, Ermənistan vətəndaşı S.Ş. şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı soyuq silahla 1976-cı il təvəllüdlü H.A.-nı yaralayıb və hadisə yerindən qaçıb.

Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib, hazırda ona lazımi tibbi yardım göstərilir. Polisin həyata keçirdiyi çevik tədbirlər nəticəsində şübhəli şəxs cinayəti törətdikdən qısa müddət sonra saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə istintaq aparılır. Bu maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.