Gürcüstanda 12-14 may tarixləri üçün hava proqnozu açıqlanıb

May 11, 2026 - 12:55
 0  39
Gürcüstanda 12-14 may tarixləri üçün hava proqnozu açıqlanıb

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yaxın üç gün ərzində ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb. Sinoptiklərin proqnozuna görə, mayın 12-dən 14-dək ölkədə isti hava fonunda arabir yağıntılı hava şəraiti müşahidə olunacaq.

Xeber.ge xəbər verir ki, bölgələr üzrə proqnoz aşağıdakı kimidir:

·         Tbilisi: Mayın 12-13-də qısamüddətli yağış və şimşək çaxacağı, 14-də isə yağmursuz hava gözlənilir. Temperatur gündüz +24, +26 dərəcə təşkil edəcək.

·         Kartli (Rustavi, Bolnisi, Marneuli, Qori): Qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. İstilik gündüz +24, +26 dərəcə olacaq.

·         Kaxeti (Telavi, Siqnaxi, Laqodexi): Rayonlarda yağış və şimşək gözlənilir. Temperatur gündüz +25, +27 dərəcəyədək yüksələcək.

·         Şərqi Gürcüstanın dağlıq və yüksək dağlıq rayonları: Qısamüddətli yağış yağacağı ehtimal olunur. Dağlarda temperatur +15, +23 dərəcə arasında dəyişəcək.

·         Sahil rayonları (Batumi, Kobuleti, Poti): Mayın 12-13-də qısamüddətli yağış və şimşək olsa da, 14-də hava açılacaq. Temperatur gündüz +22, +24 dərəcə olacaq.

·         Düzənlik rayonlar (Kutaisi, Zestafoni, Zuqdidi): Mayın 14-də havanın sabitləşəcəyi gözlənilir. Temperatur gündüz +24, +26 dərəcə təşkil edəcək.

·         Dağlıq və yüksək dağlıq rayonlar (Mestia, Ambrolauri, Baxmaro): Mayın 14-də yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Temperatur gündüz +19, +23 dərəcə olacaq.

Agentlik bildirir ki, mayın 14-dən etibarən ölkənin bir çox bölgəsində yağıntılar kəsiləcək və hava şəraiti sabitləşəcək.