Gürcüstan Avropanın Qafqaza gəlməsini istəmir
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının Cənubi Qafqazda genişlənmək niyyətinin nə dərəcədə ciddi olduğunu sual altına alıb.
Nazir bu barədə açıqlamasında Gürcüstanın Avropa İttifaqı üçün əhəmiyyətli ölkə olduğunu bildirib.
Onun sözlərinə görə, Gürcüstan qitələrarası keçid baxımından strateji mövqedə yerləşir və iqtisadi artım göstəricilərinə görə regionda diqqət çəkir. Nazir ölkənin ümumi daxili məhsulunun illik təxminən 8 faiz artdığını qeyd edib.
“Avropa genişlənmək istəyir, lakin onun regionda iştirak təcrübəsi yoxdur”, - deyə Maka Boçorişvili bildirib.
Gürcüstanın xarici işlər naziri Avropadakı tərəfdaşlarını Tbilisi ilə dialoqa getməyə və Gürcüstana hörmət nümayiş etdirməyə çağırıb.
Boçorişvilinin sözlərinə görə, Tbilisinin əsas məqsədi qonşu ölkələrlə münasibətlər və beynəlxalq öhdəliklər arasında balans yaratmaqdır.