"Gürcü Arzusu" İnzibati Xətalar Məcəlləsini daha da sərtləşdirir

Jul 1, 2025 - 15:43
 0  16
"Gürcü Arzusu" İnzibati Xətalar Məcəlləsini daha da sərtləşdirir

Əgər xırda xuliqanlığa, polis əməkdaşının qanuni tələbinə tabe olmamağa, vəzifəli şəxsi

təhqir etməyə və ya toplanma və nümayişlərin keçirilməsi qaydasının pozulmasına görə cərimələnmiş şəxs cəriməni ödəməzsə, həmin hərəkəti təkrar etdikdə ona inzibati həbs tətbiq olunacaq.

Müvafiq dəyişiklikləri “Gürcü Arzusu” İnzibati Xətalar Məcəlləsinə təxirəsalınmaz qaydada təqdim edir.

Dəyişikliklər İnzibati Xətalar Məcəlləsinin 166-cı, 173-cü, və 174 maddələrinə aiddir.

Bu, tez-tez etiraz hərəkatında iştirak edən şəxslərə qarşı tətbiq olunan maddələrdir.

Dəyişikliklər qüvvəyə mindikdən sonra, əgər qeyd olunan maddələrin pozulmasına görə cərimələnmiş şəxs cəriməni ödəməzsə, bu hərəkəti təkrar etdikdə ona inzibati cəza olaraq artıq cərimə deyil, birbaşa inzibati həbs tətbiq olunacaq.

Eyni zamanda, inzibati xətaya dair qərarın şikayət edilməsi qaydasına da dəyişiklik edilir. Belə ki, əgər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xəta inzibati həbs və digər cəza növlərini ehtiva edirsə və inzibati xətanın baxılması və cəzanın təyin edilməsi inzibati orqanın səlahiyyətinə daxildirsə, bu halda inzibati orqanın cərimə tətbiq edilməsi barədə qəbul etdiyi qərar artıq yuxarı inzibati orqana (yuxarı vəzifəli şəxsə) deyil, birbaşa məhkəməyə şikayət olunur.

Həmçinin, qeyd olunan qərar məhkəməyə şikayət edildikdə, məhkəmənin qəbul etdiyi qərar qəbul edildiyi andan etibarən qüvvəyə minir və qərarın şikayət verilməsi onun icrasını dayandırmır.

mənbə: marneulifm