Güclü yağış, qar, fırtına və qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Nov 24, 2026 - 15:03
 0  12
Güclü yağış, qar, fırtına və qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Gürcüstan Milli Ətraf Mühit Agentliyi əhalini gözlənilən hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdar edib.

XEBER.GE xeber  verir ki, sinoptiklərin məlumatına görə, noyabrın 24-ü günün ikinci yarısından noyabrın 26-sı səhər saatlarınadək Qərbi Gürcüstanda, həmçinin Samtsxe-Cavaxeti və Mtsxeta-Mtianeti bölgələrində fasilələrlə intensiv yağıntı gözlənilir.

Şimşək çaxması, dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar, duman, çovğun, yollarda buzlaşma, yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi proqnozlaşdırılır. Dənizdə 4-5 ballıq fırtına gözlənilir.

Ölkənin əksər ərazilərində, o cümlədən paytaxt Tbilisidə güclü qərb küləyi əsəcək.

Mütəxəssislərin bildirdiyinə görə, güclü yağıntılar Qərbi Gürcüstan çaylarının və onların qollarının aşağı axınlarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Acarıstan və Quriyanın kiçik çaylarında daşqınlara səbəb ola bilər.

Bundan əlavə, dağətəyi və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi, şəhər yaşayış məntəqələrinin ayrı-ayrı hissələrinin su altında qalması ehtimalı var.

Dağlıq ərazilərdə güclü qar, çovğun, görmə məsafəsinin azalması və yollarda buzlaşma, yüksək dağlıq ərazilərdə isə qar uçqunu təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.