Güclü külək gözlənilir

Bu gün Gürcüstanda güclü küləyin əsəcəyi gözlənilir.
Bu barədə Milli Ətrqf Mühit Agentliyi məlumat yayıb.
Gürcüstanın qərbində buludluluğun artacağı, əsasən yağıntısız hava gözlənilir. Şərq küləyinin sürəti 10-15 m/s, bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək, gecə küləyin 28 m/s-dək güclənəcəyi ehtimalı var. havanın temperaturu +14, +19°; dağlarda +10, +15°; dağlıq ərazilərdə +5, +10° isti təşkil edəcək.
Şərqi Gürcüstanda - vaxt keçdikcə buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə az yağıntılı olacağı, duman olacağı ehtimalı var. Şərq küləyi 10-15 m/s, bəzi yerlərdə 17-22 m/s-dək güclənəcək. Havanın temperaturu: barda +5, +10°; dağlarda +4, +9°; dağlıq ərazilərdə +2, +7° isti təşkil edəcək.
mənbə: interpress