Etiraz zamanı polislə vətəndaşlar arasında qarşıdurma yaranıb

Jan 18, 2025 - 21:40
 0  88
Etiraz zamanı polislə vətəndaşlar arasında qarşıdurma yaranıb

Təmkada, polis binası qarşısında keçirilən etiraz aksiyası zamanı polis ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Qarşıdurma nəticəsində polis binasının şüşəsi sındırılıb, 6 nəfər isə saxlanılıb.

Etirazçılar bildiriblər ki, onlar polisin hərəkətlərinə etiraz etmək, hakimiyyətə itaətsizliklərini və saxlanılan şəxslərə həmrəyliklərini göstərmək üçün aksiya keçiriblər. Etiraz zamanı iştirakçılar maska taxıblar ki, bu da polis ilə toqquşmaya səbəb olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılanların hamısı inzibati qaydada saxlanılıb və hazırda məsələ araşdırılır.

mənbə: interpress