Elm və Təhsil İnfrastrukturunun İnkişafı Agentliyi ləğv olunur

2025-ci ilin 1 sentyabr tarixindən Gürcüstanda Elm və Təhsil İnfrastrukturunun İnkişafı Agentliyi ləğv ediləcək.
Parlament bu təşəbbüsü sürətləndirilmiş qaydada müzakirəyə çıxarıb.
Parlamentə təqdim olunan qanun layihəsinə əsasən, qanun qüvvəyə mindikdən sonra hökumət bir ay ərzində agentliyin hüquqi varisləri olan qurumları müəyyən etməlidir.
Təhsil, Elm və Gənclər Komitəsinin iclasında qeyd olunduğu kimi, agentliyin səlahiyyətləri müvafiq nazirliklər arasında bölüşdürüləcək.
mənbə: interpress