DTX-dan əməliyyat: Hərbi xidmətdən yayınmaq üçün rüşvət alan şəxslər həbs edilib
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məcburi hərbi xidmətdən qanunsuz yayınma sxemini ifşa edib. Keçirilən xüsusi əməliyyatlar nəticəsində həkimlər və dövlət məmurları da daxil olmaqla ümumilikdə 21 nəfər saxlanılıb.
Xeber.ge xəbər verir ki,
Sxemdə dövlət məmurlarının da iştirak etdiyi sübuta yetirilib.
Qeyd olunub ki, 7 cinayət işindən 3-ü birbaşa hərbi xidmətdən yayınma ilə bağlıdır. Saxlanılanlar arasında hərbi xidmətinin keçmiş rəisi də var.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci (rüşvət alma), 25-338-ci və 341-ci (vəzifə saxtakarlığı) maddələri ilə istintaq davam edir. Təqsirləndirilən şəxsləri 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.