Dövlət sərhədini qanunsuz keçən şəxslər saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin operativ-istintaq departamentinin əməkdaşları dövlət sərhədini qanunsuz keçmə və keçməyə cəhd etmə faktları ilə bağlı xüsusi tədbirlər keçirib. Əməliyyat nəticəsində üç nəfər saxlanılıb.
Xeber.ge xəbər verir ki,
· 1987-ci il təvəllüdlü F.D.;
· 1970-ci il təvəllüdlü U.Q.;
· 1988-ci il təvəllüdlü V.İ.
İstintaqla müəyyən edilib ki, F.D. və U.Q. müxtəlif vaxtlarda nəzarət-buraxılış məntəqələrindən kənar keçməklə, yük maşınlarının (treylerlərin) qoşqularında gizlənmək yolu ilə Gürcüstan-Türkiyə dövlət sərhədini qanunsuz olaraq keçiblər.
Digər saxlanılan şəxs V.İ. isə Gürcüstan-Azərbaycan dövlət sərhədini eyni üsulla qanunsuz keçməyə cəhd göstərib.
F.D. və V.İ.-yə qarşı isə Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi (Gürcüstanın dövlət sərhədini qanunsuz keçmə) və 19-344-cü maddənin 1-ci hissəsi (Dövlət sərhədini qanunsuz keçməyə cəhd) ilə cinayət işi başlanılıb.
Qanunvericiliyə görə, bu maddələr 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.