Dörd nəfər narkotiklə bağlı saxlanıldı

Kaxeti Polis İdarəsinin əməkdaşları keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü O.A. və 1998-ci il təvəllüdlü üç əcnəbi – Rumıniya vətəndaşı A.N., Eritreya vətəndaşı F.M. və İordaniya vətəndaşı İ.A.-nı həbs ediblər.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, saxlanılan şəxslər xüsusilə böyük miqdarda narkotik vasitə – marixuananın qrup halında qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə məsuliyyətə cəlb olunublar.
“Cinayət əməli 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hüquq-mühafizəçilər Laqodexi bələdiyyəsində şübhəlilərin üzərindən, yaşayış evlərindən və hərəkət etdikləri avtomobildən çox miqdarda marixuana aşkarlayaraq maddi sübut kimi götürüblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 273-cü prim maddəsi ilə istintaq aparılır,” – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
mənbə: interpress