Daxili İşlər Nazirliyi 9 nəfəri narkotik cinayəti ilə bağlı saxlayıb-VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları son dövrlərdə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayətinə görə 9 nəfəri saxlayıb. Onlardan 4-ü narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərdir.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşları da var.
Qanunsuz narkotik satışına və cəhdinə görə saxlanılan şəxslər:
• 2002-ci il təvəllüdlü G.A.,
• 2003-cü il təvəllüdlü İ.İ.,
• Xarici ölkə vətəndaşları: 1992-ci il təvəllüdlü A.V. və 2001-ci il təvəllüdlü A.M.
Xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanmasına görə saxlanılan şəxslər:
• 1984-cü il təvəllüdlü M.T.,
• Keçmişdə məhkum olunmuş şəxslər:
• 1989-cu il təvəllüdlü M.Ç.,
• 1989-cu il təvəllüdlü G.L.,
• 1967-ci il təvəllüdlü D.S.,
• 1974-cü il təvəllüdlü M.F.
Cinayət əməlləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hüquq-mühafizə orqanları narkotiklərin qanunsuz satışı ilə məşğul olan şəxslərdən məhkəmə qərarı əsasında bir neçə dəfə narkotik vasitələrin nəzarət altında alınmasını həyata keçirib və bu proseslər gizli audio-video çəkilişlə sənədləşdirilib.
Saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə və avtomobillərində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları müxtəlif növ, xüsusilə böyük miqdarda narkotik vasitələri, o cümlədən “heroin”, “kokain”, “alfa-PVP”, “metadon”, “tramadol”, “pregabalin”, “Lyrica” və “Subutex” tərkibli 3000-dən çox həb aşkar edərək maddi sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı və 19-261-ci maddələri ilə davam etdirilir.
mənbə: Interpress