Daxili İşlər Nazirliyi dörd nəfəri saxladı

Dec 24, 2024 - 11:59
 0  73
Daxili İşlər Nazirliyi dörd nəfəri saxladı

Tbilisi, Batumi və Mtsxeta-Mtianeti regionlarında həyata keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Baş İstintaq Bölməsinin əməkdaşları, hakimin qərarı ilə 4 nəfəri həbs ediblər.

Bu barədə Daxiıi İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri nəticəsində 61 vətəndaş zərər çəkib, dələduzluq yolu ilə mənimsənilən məbləğ isə yarım milyon lari təşkil edib.

Nazirliyin məlumatında qeyd olunur ki, təqsirləndirilən şəxslər mütəşəkkil dəstə tərəfindən külli miqdarda dələduzluqda ittiham olunaraq həbs ediliblər. Həbs edilənlər arasında 2005-ci il təvəllüdlü A.T. və xarici vətəndaşlar – 1988-ci il təvəllüdlü G.M, 2002-ci il təvəllüdlü R.D. və 1997-ci il təvəllüdlü İ.K. var. Cinayət 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, bu ilin bir neçə ayı ərzində Tbilisidə Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları adından vətəndaşlarla əlaqə saxlanılıb və onlara, ailə üzvünün təqsiri üzündən yol-nəqliyyat hadisəsi baş verdiyi bildirilib. Vətəndaşlara, bu hadisənin aradan qaldırılması üçün rüşvət şəklində müəyyən məbləğdə pul ödəmələri təklif edilib.

Vətəndaşlardan razılıq alındıqdan sonra, şübhəlilər özlərini başqa ad və soyadla təqdim edib, pulu götürərək, kriptovalyuta pul kisəsinə keçiriblər.

Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri nəticəsində 61 vətəndaş zərər çəkib və dələduzluq yolu ilə mənimsənilən məbləğ yarım milyon lari olub.

İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi və 4-cü hissəsinin "a" bəndi ilə aparılır.

mənbə: interpress