Bu təhsil islahatı deyil, bu əks-inqilabdır - Saakaşvili

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin qiymətləndirməsinə görə,hakimiyyət tərəfindən elan edilmiş təhsil islahatı əslində təhsil sisteminin dağıdılmasına bərabərdir. Onun fikrincə, bu dəyişiklik gəncləri təhsillərini Rusiyada davam etdirməyə məcbur edəcək.
Saakaşvilinin sözlərinə görə, hakimiyyətin addımları təhsilin inkişafına xidmət etmir və ölkəni Qərb istiqamətindən uzaqlaşdıran əks-inqilabi bir prosesi təmsil edir.
Məlumat üçün bildirək ki, İrakli Kobaxidze dünən təhsil islahatının təqdimatını keçirib və burada məktəblərin 11 illik proqramla işləyəcəyini, bakalavrın 3 illik, magistraturanın isə 1 illik olacağını bildirib.
Həmçinin, hər bir fakültənin yalnız bir dövlət universitetində fəaliyyət göstərməsi və ölkənin ikinci ali təhsil mərkəzinin Kutaisidə yaradılması planlaşdırılır.