Bu tarixlərdə isti və yağıntısız hava gözlənilir

May 21, 2025 - 15:21
 0  40
Bu tarixlərdə isti və yağıntısız hava gözlənilir

24 may tarixinədək Gürcüstanda hava isti və əsasən yağıntısız olacaq. Lakin 24 mayda bəzi bölgələrdə yağış gözlənilir.

Bu barədə Milli Ətraf Mühit  Agentliyi məlumat yayıb.

22- 24 may tarixlərində paytaxtda yağıntısız hava müşahidə olunacaq. Günorta saatlarında havanın temperaturu +24, +26°C təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): İsti və yağıntısız hava gözlənilir. Temperatur +24, +26°C arasında dəyişəcək.

Qərbi Gürcüstanın düzənlik rayonları (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti): 22-23 mayda isti və yağıntısız hava olacaq, 24 mayda isə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Temperatur +28, +30°C olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolauri, Oni, Tsageri, Shovi, Chiatura, Sachkhere, Khulo, Rikoti aşırımı): 22-23 mayda yağıntısız hava, 24 mayda isə bəzi yerlərdə yağış gözlənilir. Temperatur +22, +27°C arasında olacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq əraziləri (Mestia, Bakhmaro):22-23 mayda yağıntısız hava olacaq, 24 mayda isə bəzi yerlərdə yağış yağacaq. Temperatur +19, +24°C təşkil edəcək.

Kartli (Rustavi, Bolnisi, Marneuli, Gardabani, Gori, Tskhinvali): 22-23 mayda yağıntı gözlənilmir, 24 mayda bəzi yerlərdə yağış mümkündür. Temperatur +21, +26°C arasında dəyişəcək.

Kaxeti (Sagarejo, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsxaro):22-23 mayda yağıntısız, 24 mayda isə qısamüddətli yağış, ildırım və dolu ehtimalı var. Temperatur +20, +25°C olacaq.

Şərqi Gürcüstanın dağlıq rayonları (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri):22-23 mayda yağıntısız hava olacaq, 24 mayda isə bəzi yerlərdə qısamüddətli yağış, ildırım və dolu ehtimalı mövcuddur. Temperatur +20, +25°C arasında dəyişəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonları (Axalkalaki, Tsalkha, Bakuriani, Qudauri, Omalo):22-23 mayda hava yağıntısız keçəcək, 24 mayda bəzi yerlərdə yağış yağacaq. Temperatur +15, +20°C arasında olacaq.

mənbə: interpress