Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib
Finlandiya prezidenti Aleksandr Stubb 2008-ci ildə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili haqqında ədəbsiz ifadələr işlədib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vesti” xəbər xidməti və TASS xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
"Mənim Stubbla uzunmüddətli münasibətlərim var. O, xarici işlər naziri olanda Moskvaya səfər etmişdi. Bu, Gürcüstandakı beşgünlük müharibə zamanı baş vermişdi. O, sülhməramlı kimi Gürcüstana getmişdi. Geri qayıdarkən Moskvada dayanmışdı. Danışıqlardan əvvəl təkbətək qəhvə içdik. O, Mixail Saakaşvili haqqında bir qədər ədəbsiz ifadələr işlətdi. O, Saakaşvili ilə danışdığını və onu dəli hesab etdiyini dedi", - deyə rusiyalı diplomat bildirib.
Lavrov Stubbın Rusiyanın hərəkətlərini ağlabatan şəkildə başa düşdüyünü qeyd edib. Rusiyalı diplomat xatırladıb ki, o dövrdə hadisələrin bütün iştirakçıları hər şeyin necə başladığını və əmri kimin verdiyini başa düşürdülər. Aleksandr Stubb bu hadisələrlə bağlı Avropa Birliyinin araşdırmasının təşəbbüskarlarından biri idi. İstintaqa İsveçrə vətəndaşı rəhbərlik edirdi. O, münaqişəni Saakaşvilinin başlatdığını etiraf etdi.
Mixail Saakaşvili Gürcüstana 2004-cü ildən 2013-cü ilə qədər rəhbərlik edib. Gürcüstanda beşgünlük müharibə 8 avqust 2008-ci ildə başlayıb və 12 avqusta qədər davam edib.
mənbə: publika