Bu gün Qardabani Məscidində möminlərin iştirakı ilə cümə namazı qılındı

Mar 6, 2026 - 15:37
Mar 6, 2026 - 15:40
 0  63
Bu gün Qardabani Məscidində möminlərin iştirakı ilə cümə namazı qılındı
Bu gün Qardabani Məscidində möminlərin iştirakı ilə cümə namazı qılındı

Bu gün Qardabani Məscidində möminlərin geniş iştirakı ilə cümə namazı qılındı. Cümə namazı imam-cümə hacı Namiqin imamlığı ilə qılındı.

Məscidə toplaşan inanclılar birlikdə namaz qılaraq İslamın birlik və qardaşlıq ruhunu bir daha nümayiş etdirdilər. 

 

Xeber.ge xəbər verir ki, Cümə namazından öncə oxunan xütbədə imam-cümə İslam dünyasının tanınmış şəxsiyyətlərindən biri olan Seyyid Əli Xameneinin əziz xatirəsini yad etdi. O, çıxışında Seyyid Əli Xameneinin həyat yolundan, İslam dəyərlərinin qorunması uğrunda göstərdiyi fəaliyyətlərdən və müsəlmanların birliyi istiqamətində gördüyü işlərdən bəhs etdi.

 

İmam-cümə xütbəsində həmçinin qeyd etdi ki, İslam tarixində haqq və ədalət uğrunda mübarizə aparan böyük şəxsiyyətlər hər zaman müsəlmanlara nümunə olmuşdur. Bu baxımdan o, Seyyid Əli Xameneinin həyatını və mübarizə ruhunu İmam Hüseyn ibn Əlinin (ə) Kərbəla məktəbi və haqq uğrunda fədakarlığı ilə müqayisə edərək bu yolun müsəlmanlar üçün örnək olduğunu vurğuladı.

 

Xütbənin sonunda imam-cümə möminləri İslamın dəyərlərinə sadiq qalmağa, birlik və həmrəyliyi qorumağa çağırdı. Daha sonra məsciddə toplaşan möminlər tərəfindən Seyyid Əli Xameneinin ruhuna dualar oxundu və Allahdan rəhmət diləndi.