Böyük Britaniyada yanacaq qıtlığı qeydə alınır
Böyük Britaniyada yanacaqdoldurma məntəqələrində Fars körfəzindəki münaqişə fonunda yanacaq qıtlığı müşahidə olunur.
Xeber.ge xeber verir ki,
Onun sözlərinə görə, tələb məhdud təklifi üstələyir və bu, müvəqqəti problemdir.
"Biz problemi həll etmək üzərində işləyirik. Təchizat gözlədiyimiz müddətdə belə vəziyyət yarana bilər. Qiymətlərin kəskin artması da çətinlik yaradır və bu, müvəqqəti qıtlığa səbəb ola bilər", - deyə o qeyd edib.
Leyton əlavə edib ki, problem hələlik az sayda yanacaqdoldurma məntəqəsində yaşanır və heç bir məntəqədə tam yanacaq çatışmazlığı qeydə alınmayıb.
Qeyd olunub ki, benzinin qiyməti bir litr üçün 1.5 funt sterlinqə çatıb. Dizel yanacağının orta qiyməti isə 1.78 funt sterlinqi ötüb.
mənbə: oxu.az