BGMİ Şeyxi İmam Əli (ə) Ziyarətgah Kompleksini ziyarət edib

Dec 12, 2025 - 15:08
 0  79
BGMİ Şeyxi İmam Əli (ə) Ziyarətgah Kompleksini ziyarət edib
BGMİ Şeyxi İmam Əli (ə) Ziyarətgah Kompleksini ziyarət edib
BGMİ Şeyxi İmam Əli (ə) Ziyarətgah Kompleksini ziyarət edib

Xeber.ge xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev İraqa səfəri çərçivəsində Nəcəf şəhərində yerləşən İmam Əli (ə) Ziyarətgah Kompleksini ziyarət edib.

Hacı Faiq Nəbiyevi İmam Əli (ə) Ziyarətgah Kompleksinin Baş Katibi Seyid İsa Xarsan qarşılayıb.

Sonra Şeyx və Alulbeyt Alulbeyt Alimlər Birliyi Hərəmi ziyarət ediblər.

Daha sonra Şeyx Hacı Faiq Nəbiyev Ziyarətgahın Protokol və Təşrifat İdarəsinin Rəhbəri Heydər Həkimlə görüş keçirib.

Görüş zamanı müqəddəs məkanın idarəçiliyi, təşkilati məsələlər, eləcə də Gürcüstandan olan zəvvarların Nəcəf və Kərbəlaya səfərlərinin daha rahat və səmərəli təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

Tərəflər gələcək əməkdaşlıq imkanları barədə müzakirələr ediblər.

Görüşdə, həmçinin Alulbeyt Türkiyə təşkilatının rəhbəri Onurşan Rəhmani və Alulbeyt Alimlər Birliyinin üzvləri də iştirak ediblər.

Qeyd edək ki, Alulbeyt Alimlər Birliyinin üzvləri illik toplantıda iştirak etmək məqsədilə Nəcəf və Kərbəla şəhərlərinə səfər ediblər.