BGMİ Şeyxi İmam Əli (ə) mövludu münasibətilə müsəlmanları təbrik edib

Bayram təbriki
Əmirəlmöminin, Şahi Vilayət İmam Əlinin (ə) mübarək mövlududur.
Bu gözəl bərəkətli bir gündə ən səmimi təbriklərimi qəbul edin!
Haqqın səsi, ədalətin və mərhəmətin təcəssümü olan İmam Əlini (ə) anmaq bizlər üçün böyük fəxrdir.
Mütəal Allahdan bu əziz günün sizlərə ruzi-bərəkət, mənəviyyat və sevinc gətirməsini diləyirəm.
Allah Təala İmam Əlinin (ə) ədaləti, hikməti və mənəviyyatını hər birimizin həyatında yol göstərən nur qərar versin.
Mövlud bayramı münasibətilə bu gün hamımıza mübarək olsun!