BBC Gürcüstan hökumətinin şikayətini təmin etməkdən imtina edib

Feb 13, 2026 - 14:20
 0  3
BBC Gürcüstan hökumətinin şikayətini təmin etməkdən imtina edib

 

Böyük Britaniyanın BBC televiziya kanalı Gürcüstan hökumətinin şikayətinə cavab verib.

Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Spiker qeyd edib ki, telekanal Gürcüstan haqqında hazırlanan sənədli filmdə təqdim olunmuş jurnalist materiallarını dəstəkləyib.

"Biz prosedura əməl edəcəyik. Hüquqşünaslarımız artıq Böyük Britaniya qanunvericiliyinə uyğun olaraq növbəti şikayət üzərində işləyirlər", - Papuaşvili əlavə edib.

mənbə: apa