Baş Prokurorluqdan təcili Qori bəyanatı: Vətəndaşı döyən polislərə cinayət işi açıldı
Qori şəhərində polislərin saxlanılan şəxsə qarşı qrup halında tətbiq etdiyi dəhşətli zorakılıq görüntülərinin yayılmasından sonra dövlət orqanları hərəkətə keçib.
Xeber.ge xəbər verir ki, Gürcüstan Baş Prokurorluğu daxil olan faktlar əsasında rəsmi təhqiqata başlayıb.
İdarənin yaydığı rəsmi bəyanatda bildirilir ki, Qoridə asayiş keşikçiləri tərəfindən zorakılıq tətbiq edilməklə xidməti səlahiyyətlərin ehtimalı aşılması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ilə cinayət işi açılıb.
- 5 ildən 8 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası;
- 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya rəsmi dövlət fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə gözləyir.
"Hazırkı mərhələdə faktla bağlı təxirəsalınmaz istintaq və prosessual hərəkətlər həyata keçirilir. Aparılan təhqiqatın yekun nəticələri barədə ən qısa müddətdə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Xatırladaq ki, insident Qorinin Kombinat qəsəbəsində keçirilən əməliyyat zamanı qeydə alınıb və polislərin vətəndaşı yerdə təpikləməsi əks olunan kadrlar ölkədə böyük etiraz dalğasına səbəb olub.