Bağdati rayonunda kişi avtomobilində ölü tapılıb
Bağdati bələdiyyəsinin Rokiti kəndində bədbəxt hadisə qeydə alınıb.
Yerli sakinlərdən biri məxsus olduğu avtomobildə ölü vəziyyətdə aşkar edilib.
Xeber.ge xeber verir ki,
Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və ekspert-kriminalistika xidmətinin əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Kutaisi şəhərinə, Levan Samxarauli adına Məhkəmə Ekspertizası Bürosuna aparılıb.
Hazırda şəxsin ölüm səbəbi məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə istintaq başladılıb.