Azərbaycanla əlaqələr olduqca vacibdir

Jul 4, 2025 - 10:43
 0  21
Azərbaycanla əlaqələr olduqca vacibdir

Biz region ölkələri, həmçinin yaxın qonşularımız olan Azərbaycan, Türkiyə, Ermənistanla əlaqələri daim genişləndiririk və bu olduqca vacibdir.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının efirində yayımlanan “İmedi Layf” proqramında deyib.

Onun sözlərinə görə, ərəb və Mərkəzi Asiya ölkələri ilə münasibətlər istiqamətində də fəal iş aparılır.

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan Avropa Birliyindəki əsas tərəfdaşı olan Macarıstanla çox sıx və uğurlu əlaqələr saxlayır:

“Biz gürcü xalqına qarşı çox və yaxud az xeyirxahlıqla yanaşan digər dövlətlərlə də münasibətlərin maksimum inkişaf etdirilməsi üçün çalışırıq”.

mənbə: axar