Azərbaycan vətəndaşları da daxil 57 əcnəbi Gürcüstandan çıxarılıb

Feb 17, 2026 - 12:09
 0  5
Azərbaycan vətəndaşları da daxil 57 əcnəbi Gürcüstandan çıxarılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə əməkdaşlıq çərçivəsində son günlərdə 57 xarici vətəndaşı Gürcüstandan çıxarıblar.

Bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Hindistan, Azərbaycan, Rusiya, Belarus, Misir, İraq, Nigeriya, Kuba, Ermənistan, Böyük Britaniya, İran, Moldova, Sudan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Çinin ümumilikdə 57 vətəndaşı ölkədən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

mənbə: report