Avropa Şurasının baş katibi Bidzina İvanişvili ilə görüşüb
Avropa Şurasının baş katibi Alen Berse “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə görüşüb.
Məlumatı “Gürcü arzusu”nun mətbuat xidməti təsdiqləyib.
Görüşün təfərrüatları məlum deyil.
Xatırladırıq ki, bundan əvvəl Avropa Şurasının baş katibi Alen Berse vətəndaş cəmiyyəti, baş nazir İrakli Kobaxidze və parlamentin spikeri Şalva Papuaşvili ilə görüşüb. Berse sabah müxalifət və vətəndaş cəmiyyəti ilə görüş keçirəcək.
“Bu səhər mən ilk növbədə vətəndaş cəmiyyəti ilə, sonra İrakli Kobaxidze və Şalva Papuaşvili ilə görüşdüm. Xalq müdafiəçisi, Bidzina İvanişvili və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşləri səbirsizliklə gözləyirəm. Sabah müxalifət və vətəndaş cəmiyyəti ilə görüş günüdür”, - Alen Berse bir neçə saat əvvəl X-də yazıb.
mənbə: interpress