Avropa səfirlərinin özlərini "nifrət səfiri" kimi təqdim etmələri qəbuledilməzdir

Sep 16, 2025 - 18:39
 0  6
Avropa səfirlərinin özlərini "nifrət səfiri" kimi təqdim etmələri qəbuledilməzdir

Bəzi Avropa ölkələrinin səfirləri özlərini gürcü cəmiyyətinə qarşı "nifrət səfiri" kimi təqdim edirlər və bu, qəbuledilməzdir.

Bunu ölkənin Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu proses dayandırılmalıdır.

"Avropa bürokratiyasının və səfirlərin niyə belə davrandığını bilmirəm, amma fakt budur ki, onlar əslində uzun illərdir deyilənləri təsdiqləyirlər", – Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, hazırda gürcü cəmiyyətində Avropa bürokratiyası radikalizm, zorakılıq və demokratiyaya etinasızlıqla assosiasiya olunur:

"Bütün bu yanlış yanaşmalar Avropa İttifaqının imicinə Gürcüstanda ciddi zərər vurur. Təəssüf ki, bir çox səfir bu reallığı möhkəmləndirir. Bu prosesin qarşısı həm Avropa bürokratiyası, həm də Avropa İttifaqı tərəfindən alınmalıdır".

mənbə: report