Avropa Parlamentində Gürcüstanla bağlı növbəti müzakirələr keçiriləcək

Mar 11, 2026 - 11:35
 0  1
Avropa Parlamentində Gürcüstanla bağlı növbəti müzakirələr keçiriləcək

Bu gün Avropa Parlamentində (AP) Gürcüstanla bağlı debatlar keçiriləcək.

  Müzakirələr "Gürcü Arzusu" rejimi altında Elene Xoştariyanın işi və siyasi məhbuslar" adı altında təşkil olunacaq.

Avropa Parlamentinin üzvləri məsələ ilə bağlı qətnaməyə martın 12-də səs verəcəklər.

Qeyd edək ki, bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze AP-də keçiriləcək müzakirələrin hökumət üçün maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, kiminsə hələ də siyasi məhbuslar haqqında danışması sadəcə utancvericidir.

Xatırladaq ki, AP-də son bir il ərzində Gürcüstanla bağlı bir neçə debat təşkil olunub və ölkə əleyhinə qətnamələr qəbul edilib.

mənbə: apa