Afrika qəsəbəsində baş verən partlayışın təfərrüatları

Nov 26, 2026 - 13:46
 0  16
Afrika qəsəbəsində baş verən partlayışın təfərrüatları

Tbilisinin Afrika qəsəbəsində, Luka Razikaşvili küçəsində baş verən partlayış nəticəsində orta yaşlı kişi həlak olub.

XEBER.GE xeber  verir ki, yerli sakinlərin “TVPirveli” telekanalına verdiyi məlumata görə, kişi bacısına qonaq gəlibmiş.

Sakinlərin sözlərinə görə, evdə odun sobasından sıçrayan qığılcımın iki 10 litrlik benzin qabına düşdüyü ehtimal olunur. Bu isə əvvəlcə yanğına, daha sonra partlayışa səbəb olub.

Yerli sakinlərin bildirdiyinə görə, mərhumun bacısı partlayışdan cəmi üç dəqiqə əvvəl evdən çıxaraq möcüzə nəticəsində ölümdən xilas olub.

“Deyilənə görə, evdə iki ədəd 10 litrlik benzin qabı olub. Mən ora yaxınlaşanda pəncərələrdən güclü alov çıxırdı. Görünür, evdə nəsə partlayıb və partlayış dalğası yayılıb. Ola bilsin, qığılcım odun sobasından yerə düşüb, dəqiq bilmirəm. Kişi onun qardaşıdır, qonaq gəlmişdi, burada görməmişdim. Bacısı evdə olub, amma hadisədən üç dəqiqə əvvəl çıxıb. Bütün ev, o cümlədən dam yanıb”, – deyə yerli sakin bildirib.

Partlayış bir qədər əvvəl Afrika qəsəbəsində baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində işlərini davam etdirirlər.