Acarada qanunsuz silah və sursatla iki şəxs həbs edildi
Daxili İşlər Nazirliyinin əməkdaşları odlu silah və döyüş sursatının qanunsuz olaraq, qrup şəklində alınması, saxlanılması, daşınması və satılması faktı ilə bağlı Türkiyənin iki vətəndaşını həbs ediblər.
Xeber.ge xəbər verir ki,
Hüquq-mühafizə orqanları qanunsuz silah və döyüş sursatını sübut kimi müsadirə ediblər. Həmçinin pul müsadirə edilib.
Cinayət 11 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.