ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
ABŞ Venesuelanın neft yataqlarına uzunmüddətli çıxış əldə edib.
XEBER.GE xeber verir ki,
ABŞ hökuməti isə layihədə pay və xüsusi hüquqlar əldə edib.
Ağ Ev sövdələşməni “dünya tarixində ən böyük neft sazişi” adlandırıb. ABŞ administrasiyasının açıqlamasına görə, razılaşma Vaşinqtona ABŞ ərazisindəki hazırkı təsdiqlənmiş neft ehtiyatlarından daha böyük resurs bazasına nəzarət imkanı yaradır. Bundan əlavə, Vaşinqton hasil ediləcək neftin bir hissəsini güzəştli şərtlərlə almaq üçün təminatlı hüquqlar əldə edib.
“Reuters”in məlumatına görə, ABŞ hökuməti xüsusi struktur vasitəsilə NABEP şirkətinin 35 faizlik payını da təmin edib. Bu mexanizmin şirkətə yeni kapital cəlb edilərkən ABŞ-ın payının azalmasının qarşısını alması nəzərdə tutulur.
Beləliklə, saziş Venesuelanın böyük neft ehtiyatlarının uzunmüddətli işlənməsində ABŞ şirkətlərinə və hökumətinə əhəmiyyətli rol verir.
mənbə: modern.az