AB 61 ölkəyə vizasız rejimi məhdudlaşdırır - Gürcüstan da var

Avropa Parlamenti 61 ölkə vətəndaşlarının vizasız gediş-gəlişini məhdudlaşdıran yeni reqlamenti təsdiqləyib. Siyahıya Gürcüstan da daxildir.
Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Yeni mexanizm Avropa Komissiyasına təhlükəsizliyə təhdid yaradan və ya insan hüquqlarını pozan bəzi ölkələrə viza tələblərini yenidən tətbiq etməyə imkan verir.
Gürcüstanda məhdudiyyət yalnız məmurlara şamil edilir.
mənbə: axar