9 aprel memorialında yenidən gərginlik yaşanıb-VİDEO
9 Aprel anım mərasimi çərçivəsində Parlament binası qarşısında toplaşan vətəndaşlar ilə bəzi şəxslər arasında insidentlər baş verir.
Bir qədər əvvəl, “Gürcü Arzusu”nun bayrağını daşıyan bir şəxs 9 Aprel memorialına yaxınlaşmaq istədikdə, etirazçılar onun qarşısını alıblar.
Onlar həmin şəxsdən ərazini tərk etməsini tələb etdilər və “Rusu!”, “Gedin!” şüarları səsləndirdilər. Nəticədə, həmin şəxs memorial ərazisini tərk edib.
Hazırda Rustaveli prospektində memorial ətrafında vətəndaşlar tərəfindən “canlı kordon” yaradılıb. Onlar dövlət məmurlarına və “Gürcü Arzusu”nun tərəfdarlarına memoriala yaxınlaşmağa imkan vermirlər.
Ərazidə polis qüvvələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir və vəziyyət periodik olaraq gərginləşir.
mənbə: Interpress