70 yaşınadək pensiyaçıların təqaüdü 45 lari artırılır
Gürcüstan hökaməti 70 yaşınadək pensiyaçılar üçün təqaüd məbləğinin artırılması ilə bağlı yeni qərar qəbul edib.
XEBER.GE xeber verir ki, 70 yaşınadək pensiyaçılar üçün nəzərdə tutulan pensiya indeksasiya qaydası ilə nəzərdə tutulmuş 20 lari əvəzinə 45 lari artırılacaq.
Nəticədə, yanvarın 1-dən etibarən (yüksək dağlıq yaşayış məntəqələrində yaşayanlar müstəsna olmaqla) 70 yaşınadək şəxslərin aylıq pensiyası 415 lari təşkil edəcək.
Bu dəyişiklik pensiya xərclərinin əlavə 128 milyon lari artmasına səbəb olacaq.
Dövlət büdcəsində sosial xərclərin payı 33%-dən çoxdur. 2026-cı ildə yaşa görə pensiyalara 5 milyard laridən çox, toplanan pensiyanın həmmaliyyələşdirilməsinə isə 540 milyon lari ayrılıb.
Sosial xərclər artıq icazə verilən normanın və beynəlxalq maliyyə institutlarının tövsiyə etdiyi həddin sərhədindədir. Bu həddin keçilməsi iqtisadi artımı əhəmiyyətli dərəcədə ləngidə, inflyasiya proseslərini stimullaşdıra və ölkənin beynəlxalq maliyyələşməsinə mənfi təsir göstərə bilər.
Hökumət icazə verilən fəsil çərçivəsində növbəti illərdə də 70 yaşınadək pensiyaçılara təqaüdləri indeksasiya qaydasından kənar maksimum dərəcədə artırmağa çalışacağını bildirib.