1 ədəd siqaret ömrünüzü 20 dəqiqə qısaldır

Jan 21, 2025 - 21:40
 0  14
1 ədəd siqaret ömrünüzü 20 dəqiqə qısaldır

Çəkilmiş hər bir siqaret insan ömrünü təxminən 20 dəqiqə, 20 ədəddən ibarət qutu isə ömrü təxminən 7 saat qısaldır.

Xeber.ge xəbər verir ki, bu barədə London Universitet Kollecinin araşdırmaçıları məlumat verib.

Xatırladaq ki, hələ 2000-ci ildə aparılmış araşdırma isə göstərmişdi ki, bir ədəd siqaret ortalama olaraq insan ömrünün 11 dəqiqəsini “oğurlayır”.

“Journal of Addiction”-da (“Vərdişlər jurnalı”) dərc edilmiş son analiz isə bu rəqəmi 2 qat artırıb – bu pis vərdiş kişilərin ömrünü 17 dəqiqə, qadınların ömrünü isə 22 dəqiqə azaldır.

Araşıdırmaya əsasən, əgər gündə 10 ədəd siqaret çəkən şəxs, məsələn, 1 yanvarda bu pis vərdişi tərgitsə, o zaman o, 8 yanvaradək ömrünün tam 1 gününün itkisinin qarşısını ala bilər; 5 fevraladək tərgitsə isə, ömrünü 1 həftə müddətinə; 5 avqustadək tərtgitsə, 1 ay müddətinə uzada bilər. İlin sonunda isə ömründən 50 günü xilas etmiş ola bilər.

“İnsanlar, ümumilikdə, siqaret çəkməyin ziyanlı olduğu bilirlər, lakin bunu lazımi şəkildə – olduğu qədər qiymətləndirməyə meylli deyillər. Siqaret çəkənlər, ortalama olaraq, öz ömürlərinin 10 ilini itirirlər”, – deyə Kollecin araşdırma qrupunun elmi əməkdaşı doktor Sara Cekson bildirib.

Xatırladaq ki, əvvəlki araşdırmalardan biri göstərmişdi ki, siqaret çəkməyin təhlükəsiz həddi yoxdur – gündə 20 ədəd siqaret çəkənlə müqayisədə gündə 1 ədəd siqaret çəkən şəxsdə ürək xəstəlikləri və insult riski 50 faiz azdır.

mənbə: az.shafaqna.com