1 144 716 larilik balıq oğurluğuna görə 2 nəfər saxlanılıb

Sep 11, 2025 - 21:04
 0  11
1 144 716 larilik balıq oğurluğuna görə 2 nəfər saxlanılıb

Maliyyə Nazirliyinin İstintaq Xidməti Baş Prokurorluqla koordinasiyada, əvvəlcədən razılaşdırılmış qrup tərəfindən böyük həcmdə əmlakın mənimsənilməsi faktına görə iki şəxsi saxlayıb, daha bir nəfərə isə ittiham elan olunub.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilənlərin əvvəlcədən hazırlanmış sxemi ilə Norveçdən Qazaxıstana tranzit rejimində hərəkət edən möhürlənmiş iki treylerdən 1 144 716 larilik balıq Azərbaycana gətirilib və cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olaraq mənimsənilib.


"Həmçinin, istintaq zamanı müəyyən olunub ki, cinayətin gizlədilməsi üçün boş treylerlər ölkədən Azərbaycan istiqamətinə çıxarılıb, gömrükdə təqdim olunan sənədlərdə isə sanki həmin balıq daşınırmış kimi göstərilib. Hazırda cinayəti törətmiş digər şəxslərin müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirilir", – deyə İstintaq Xidməti açıqlama yayıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır. Bu maddələr üzrə cəza 7-dən 11 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

marneulifm.ge