Zurabişvili Aİ-nin və ABŞ-nin marionetidir

Dec 15, 2024 - 23:09
 0  40
Zurabişvili Aİ-nin və ABŞ-nin marionetidir

BMT-nin İnsan Haqlarının, Demokratik və Ədalətli Beynəlxalq Nizamın Təşviqi Şurasının keçmiş eksperti Alfred de Zayas "X" sosial şəbəkəsində Gürcüstanda keçirilən prezident seçkilərinə münasibət bildirib və parlamentin Mixail Kavelaşvilini prezident seçdiyini qeyd edib.

Bu barədə imedinews.ge saytı məlumat yayıb.

"Gürcüstan parlamenti bu yaxınlarda Aİ və ABŞ-nin marioneti Salome Zurabişvilini əvəz edən Mixail Kavelaşvilini prezident seçdi, onun səlahiyyət müddəti 2024-cü il dekabrın 29-da başa çatır. Bu, yaxşı dəyişiklikdir", - Alfred de Zayas yazıb.

mənbə: report