Zuqdididə avtomobil yanıb, sürücü xəsarət almayıb

Nov 24, 2026 - 11:10
 0  8
Zuqdididə avtomobil yanıb, sürücü xəsarət almayıb

Zuqdididə avtomobildə yanğın baş verib.

Hadisə Merab Kostava küçəsində, 1 saylı dövlət məktəbinin arxasında qeydə alınıb.

XEBER.GE xeber  verir ki, məlumata görə, sürücü avtomobildən vaxtında düşə bilib və hadisə nəticəsində xəsarət almayıb.

Hadisə yerinə yanğınsöndürən-xilasedicilər və patrul polisi cəlb olunub. Hazırda istintaq tədbirləri aparılır.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.